Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində növbəti görüş Ramana qəsəbəsində yaşayan qəyyum uşaqlarla keçirilmişdir

26 fevral 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatı və yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin birgə təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinin yoxlanılması,  mənzil-məişət vəziyyətlərinə baxış  keçirilməsi və cari ehtiyaclarının ödənilməsi  məqsədi ilə həyata keçirilən “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” adlı layihə çərçivəsində növbəti görüş 27.02.2018-ci il tarixində Ramana qəsəbəsində təşkil olundu. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Fərəcova, RİH başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının katibi Səbahət Hünbətova, RİH başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov,  Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elmira Melikova, Ramana  bələdiyyəsinin sədri İntizar Rzayeva və əməkdaşları iştirak etməklə rayonun Ramana qəsəbəsində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinə baxış keçirmiş, mənzil-məişət vəziyyətlərini yoxlamış və onlara müxtəlif hədiyyələr, ərzaq bağlamaları təqdim etməklə uşaqlarla söhbət aparmışlar.
   Qeyd edək ki, on ay davam edəcək  və rayonun bütün qəsəbələrini əhatə edəcək layihəyə uyğun olaraq hər ay müvafiq qəsəbə üzrə üç ailədə monitorinq aparılacaq, qəyyumluqda olan uşaqlarla görüş keçiriləcək və onların müxtəlif ehtiyacları ödəniləcək.
Keçidlər