Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici 9-cu tur-aksiya çərçivəsində Naxçıvan məktəbliləri Bakı Olimpiya Stadionuna səfər etdilər

16 mart 2018 | 20:00
  17 mart 2018-ci il tarixdə  “Ölkəmizi tanıyaq” maarifləndirici 9-cu tur-aksiya çərçivəsində Naxçıvan məktəbliləri Bakı Olimpiya Stadionuna səfər etdilər.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tur-aksiya iştirakçılarını salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik etdi. R.Fərəcova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən bu möhtəşəm layihə gənc nəslin vətənpərvər ruhda tərbiyə alması, ölkəmizin dilbər guşələrini qarış-qarış gəzərək onun tarixi, mədəniyyəti, adət və ənənələrini daha dərindən mənimsəməsinə xidmət edir.
  Ekskursiyanı daha maraqlı və rəngarəng edən Novruz personajları Keçəl və Kosa Novruzun gəlişinə həsr olunmuş konsert proqramı ilə çıxış edərək məktəblilərlə birgə rəqs etdilər.
  Daha sonra məktəblilərə Azərbaycan və bütün Qafqazda ən böyük stadion olan Bakı Olimpiya Stadionu haqqında bələdçilər tərəfindən geniş məlumat verildi.
Sonda məktəblilərlə birgə xatirə şəkli çəkildi.
Keçidlər