Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” 9-cu tur aksiyasının təntənəli açılış mərasimi baş tutdu

22 mart 2018 | 20:00
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyalar gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların savadlı və vətənpərvər böyüməsi istiqamətində mühüm rol oynayır.   Bu lahiyəyə əsasən 26-29 mart 2017-ci  il tarixlərini əhatə edən növbəti 9-cu tur-aksiya çərçivəsində Sabunçu rayon məktəbliləri Naxçıvana yola düşəcək. Bununla əlaqədar  23.03.2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində “Ölkəmizi Tanıyaq”  9-cu tur aksiyasının təntənəli açılış tədbiri keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı Adil Vəliyev, Azərbaycan  Respublikası Milli Məclisinin üzvləri Fazil Qəzənfəroğlu və Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Güloğlan Məmmədov və müavinlər  Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və məktəb direktorları iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  tur aksiyada iştirak hüququnu qazanmış şagirdləri  təbrik etdi və onlara bu səfərdə müvəffəqiyyətlər  arzuladı. Daha sonra çıxış edən Azərbaycan  Respublikası Milli Məclisinin üzvləri Fazil Qəzənfəroğlu və Dilarə Cəbrayılova “Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən söz açdı. Çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova ölkə başçısının tapşırıq və nəzarəti ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin təşkili məsələləri barədə ətraflı məlumat verdi.
Rəsmi hissənin sonunda 8 və 9-cu tur-aksiya iştirakçıları olan məktəblilər və valideynləri öz təəssüratlarını bölüşərək layihənin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
  Tədbirin bədii hissəsində “Odlar yurdu”, “Şərur yallısı” və “Naxçivani” rəqslərini ifa edən “Aysel” rəqs qrupu tədbirə daha da rəng qatdı. Həmçinin, tədbirdə 8-ci tur aksiya iştirakçılarının xoş xatirələrini əks etdirən video-çarx və 9-cu tur aksiya iştirakçılarının hazırladıqları flashmob nümayiş etdirildi. Sonda səsləndirilən “Ey Vətən” mahnısı tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.
  Tədbirin sonunda qonaqlar tərəfindən 9-cu tur aksiya iştirakçılarına xatirə hədiyyələri təqdim olundu.
Keçidlər