Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn 9-cu tur-aksiya iştirakçıları Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılandılar

25 mart 2018 | 20:00
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb.
  Naxçıvanda keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 məktəbli 20 bələdçi-müəllimin müşayiəti ilə 26 mart 2017-ci il tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş təntənəli proqram ilə qarşılandı. Hava Limanının 1-ci mərtəbəsində nağara və rəqs qrupları, davul və zurnaçılar dəstəsi və Novruz personajları olan Kosa və Keçəl hazırladıqları xüsusi proqramla tur-aksiya iştirakçılarını salamladılar. Məktəblilər şən musiqi sədaları altında rəqs edərək əyləndilər. Sonda tur-aksiya iştirakçılarına Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış bayram xonçaları təqdim edildi.
Keçidlər