Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər

29 mart 2018 | 20:00
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici 9-cu tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər.
  4 günlük səfərdə olan Sabunçu rayon məktəblilərini Heydər Əliyev Beynəlxalq Hava Limanının gözləmə zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov qarşıladılar. Aksiya iştirakçıları Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi təntənəli proqramla qarşılanaraq onlar  üçün ayrılmış xüsusi avtobusla Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək valideynləri ilə görüşdülər.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Naxçıvan Muxtar Respublikasından qayıdan  tur-aksiya iştirakçıları və valideyinlərini ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşərək şagirdlərin tur-aksiya haqqında təəssüratlarını öyrəndi. Məktəblilər onlar üçün yaradılmış şəraitə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər