Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon ümumtəhsil məktəblərində “Aprel döyüş”ləri ilə əlaqədar silsilə tədbirlər keçirildi

05 aprel 2018 | 20:00
  02-04 aprel 2018-ci il tarixlərində Sabunçu rayon ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə “Aprel döyüş”lərinə həsr olunmuş silsilə tədbirlər keçirildi.
  Tədbirlərdə qeyd olundu ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə ilə əlaqədar dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edərək, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.
  Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlıq, ciddi nizam intizam nümayiş etdirməsi, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza ilə təchiz olunması, həmçinin, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi hallar ordumuzun qüdrətini bir daha sübut etdi.
  Döyüşlər nəticəsində şəhid olan igidlərimiz hər zaman qəlbimizdə yaşayacaq!
Keçidlər