Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində hərbi xidmətə çağırılan rayon gənclərinin yolasalınma mərasimi keçirilmişdir

11 aprel 2018 | 20:00
   “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli, 3756 nömrəli Sərəncamının icrası ilə əlaqədar 12.04.2018-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istirahət parkında çağırışçıların hərbi xidmətə təntənəli yolasalınma mərasimi təşkil edilmişdir.    Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov,  Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, rayon gəncləri, məktəblilər, bələdiyyə sədrləri, rayon ictimaiyyəti,  Kütləvi İnformasiya Vasitələri və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirdilər.
   Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rövşən Babayev,  hərbi xidmətə çağırılan gənclərin valideynləri və hərbi xidmətə çağırılan çağırışçılar Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yol, ordumuzun formalaşmasında və güclənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyev və onun siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlar və gənclər arasında hərbi xidmətə  böyük marağın artmasından söz açdılar, hərbi xidmətə yola salınan gənclərə yüksək dəyanətli, əzmkar olmağı, komandirlərin əmrlərinə sözsüz tabe olmağı tövsiyyə etdilər və şərəflə hərbi xidməti bitirmələrini arzuladılar.
Çıxışlardan sonra rayon məktəbliləri vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər və rəqs etdilər.
   Tədbirin sonunda hərbi xidmətə çağırılan gənclər musiqi sədaları altında Dövlət Bayrağı qarşısında diz çökərək bayrağı  öpüb and içdilər və hərbi xidmətə yola salındılar.
Keçidlər