Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

16 aprel 2018 | 20:00
  17.04.2018-ci il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən Bakı Olimpiya Stadionunda  şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Sabunçu Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabunçu Rayon İdarəsinin rəis müavini və rayonun tam orta ümumtəhsil məktəblərinin direktorları, şagird-müəllim heyəti iştirak edirdilər.
  Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova “Şahin” hərbi-idman oyununun  gənc nəslin hərbi vətənpərvərlik ruhda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara Vətənə məhəbbət hislərinin aşılanmasında əhəmiyyətli dərəcədə rol oynadığını qeyd etdi.
  Daha sonra Sabunçu rayonu üzrə 46 məktəb üzrə  644 şagird arasından yarımfinala vəsiqə qazanmış 21 məktəb üzrə 294 şagirdin iştirak etdiyi hərbi-idman yarışlarının final mərhələsinə start verildi. Əvvəlcə hər biri 14 nəfərdən ibarət komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
  Yarışın nəticəsinə görə rayonun 142 nömrəli tam orta məktəbi birinci, 148 nömrəli  tam orta məktəbi ikinci və 309 nömrəli tam orta məktəbi isə üçüncü yerə layiq görüldü. Qalib komandalar kubok və diplomlarla mükafatlandırıldılar.
  Sonda yarışda yer tutmuş və xüsusi fərqlənən komandalara Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olundu.
  Qeyd edək ki, yarışda qələbə qazanaraq  birinci yeri tutmuş 142 nömrəli tam orta məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazandı.
 
Keçidlər