Şriftin ölçüsü :

Saytın rəngi :

“Qələbəyə doğru” intellektual oyununun qalibi olan məktəblilərlə görüş keçirildi

20 aprel 2018 | 20:00
  Bakı şəhəri və digər rayonların qəsəbə və kənd məktəblilərinin fəallığının yüksəldilməsi, biliklərinin daha da artırılması, intellektual səviyyələrinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 06.03.2018-ci il tarixdə Sabunçu rayon qəsəbələrini təmsil edən məktəblilər arasında “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışın ilkin mərhələsi  keçirilmişdir. Yarışda iştirak edən komandalar arasında rayonun 310 nömrəli tam orta məktəbinin şagirdlərindən ibarət “Bakıxanov” komandası qalib olmuş və yarışın final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
  20 aprel 2018-ci il tarixində YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən “Qələbəyə doğru” intellektual oyununun final mərhələsində Sabunçu rayonunu təmsil edən 310 nömrəli tam orta məktəbinin şagirdlərindən ibarət “Bakıxanov” komandası 15 komanda arasında birinci yerə layiq görülərək
  "Qələbəyə doğru" kuboku ilə təltif olunmuş, diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova intellektual yarışın qalibi olan məktəblilər, onları müşayiət edən nümayəndə və 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyyə Quliyeva ilə görüşərək əldə etdikləri qələbə münasibəti ilə onları təbrik etmişdir. Rəna Fərəcova məktəblilərin intellektual yarışda rayonu yüksək səviyyədə təmsil  etdiklərini xüsusi vurğulayaraq, bu kimi yarışların gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd etmişdir.
 Sonda Sabunçu rayon İcra hakimiyyəti tərəfindən komanda üzvlərinə  hədiyyələr təqdim olunmuşdur.
 
Keçidlər