Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirildi

26 aprel 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 27.04.2018-ci il tarixdə Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri və RİH başçısının qəsəbələr üzrə nümayəndələri iştirak edirdilər.
  Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərəkonları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər və qaldırılan məsələlərlə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
Keçidlər