Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 67 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş “Üç əsrin şahidi” adlı tədbir keçirilib

03 may 2018 | 20:00
  04.05.2018-ci il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
  Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva, BŞTİ və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
  Tədbirdən əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və digər qonaqlar məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
  Məhəbbət Vəliyeva məktəbin kollektivini 120 illik yubiley münasibətilə təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. O, məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırıb.
  Məktəbin bu günə qədər keçdiyi zəngin inkişaf yolundan bəhs edən M.Vəliyeva qeyd edib ki, 1897-ci ildə 73 şagird və 2 müəllimlə fəaliyyətə başlayan təhsil müəssisəsində hazırda 3098 şagirdin təlim-tərbiyəsi ilə 141 müəllim məşğul olur.
  "Üç əsrin şahidi" adlı kitabı təqdim edən məktəbin direktoru İradə Bayramova rəhbəri olduğu təhsil ocağında təcrübəli pedaqoji kollektivin fəaliyyətindən danışıb. Hər il məktəb məzunlarının böyük hissəsinin ölkənin müxtəlif ali təhsil ocaqlarına qəbul olduqlarını diqqətə çatdırıb.
  “Üç əsrin şahidi” adlı tədbirdə məktəbin bu günə qədər keçdiyi zəngin inkişaf yolundan bəhs olunub. Daha sonra təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarx nümayiş olunub.
  Tədbir bədii hissə ilə davam etdirilib.
  Sonda məktəbin pedaqoji kollektivinin fərqlənən üzvləri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.
 
Keçidlər