Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

04 may 2018 | 20:00
  05.05.2018-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Ramana qalası ətrafında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
  Aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Ramana qəsəbə nümayəndəsi və bələdiyyə sədri, RİH aparatının əməkdaşları, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
  Ağacəkmə aksiyası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
  Aksiyada çıxış edən Məhəbbət Vəliyeva müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə ekoloji siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın böyük rolu var. Salınan yaşıllıq zonası paytaxtın təhsil işçilərinin qayğı göstərdiyi bir yer olacaq, məktəblilərin iməcilik və təcrübə məkanı kimi inkişaf etdiriləcək.
  Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova qeyd edib ki, Ramana qalası ətrafında təşkil olunan aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
  Milli Məclisin deputatı Dilarə Cəbrayılova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirdiyini vurğulayıb.
  Qeyd edək ki, təşkil olunmuş aksiya zamanı müxtəlif növdə mindən çox ağac əkilib.
 
Keçidlər