Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

09 may 2018 | 20:00
   10 may 2018-ci il tarixdə Ulu  Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
   Tədbir ilk olaraq Ulu Öndərin Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül qoyma mərasimi ilə başladı. Sonra tədbir akt zalında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev çıxış edərək Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olduğu, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdiyi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığı və Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini aradan qaldırdığını xüsusi vurğuladı. A.Vəliyev Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsinin Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd etdi vəPrezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam etdirildiyini bildirdi.
   Tədbirdə Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abasov, 271 saylı tam orta məktəbin direktoru Səməndər Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və digər çıxış edənlər  Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsinin və onun beynəlxalq nüfuzunun sürətlə artmasının məhz Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırdılar.
Keçidlər