Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirildi

10 may 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 11.05.2018-ci il tarixdə Zabrat qəsəbə nümayəndəliyinin inzibati binasında rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri,  RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər və qaldırılan məsələlərlə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
 
Keçidlər