Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sabunçu Kitab Festivalı” keçirildi

15 may 2018 | 20:00
  16.05.2018-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən istirahət parkında Sabunçu rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Nardaran Bilik Evi və Azərkitab-Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə “Sabunçu Kitab Festivalı” keçirilmişdir.
  Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatları Dilarə Cəbrayılova və Fazil Mustafa, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət siyasəti sektoru müdiri Səbinə Məmmədova, Sabunçu rayon MKS-in direktoru Nəcibə Hüseynova, Yayım Assossiyasasının prezidenti Yaşar Zeynalov, Azərkitab – Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov, sevimli yazıçılar Elxan Elatlı və Süleyman Kamal iştirak ediblər.
  Tədbiri Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova açıq elan edərək mütaliənin gənc nəslin maariflənməsi, dünyagörüşünün və  təfəkkürünün inkişafında mühüm rol oynadığını qeyd etdi. R.Fərəcova bildirdi ki, kitab insanda bir sıra müsbət keyfiyyətləri formalaşdırmaqla hər bir kəsin ən etibarlı dostuna çevrilir.
  Daha sonra çıxış edən Milli Məclisin deputatları Dilarə Cəbrayılova və Fazil Mustafa, sevimli yazıçı Elxan Elatlı, Sabunçu rayon MKS-in direktoru Nəcibə Hüseynova və Azərkitab – Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov bu kimi tədbirlərin cəmiyyətdəki rolundan söz açaraq, gənc nəslin kitaba olan marağının artması, kitab təbliğatının gücləndirilməsində mühüm rol oynadığını vurğuladılar.
  Tədbirdə həmçinin Sabunçu rayon Mərkəzi Kitabxanası və kitabxana filialları, Sabunçu rayon Gənclər və İdman İdarəsi, Sabunçu Gənclər evi, Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzi, Sabunçu rayonunda yerləşən 46 orta ümumtəhsil məktəbi, 3 internat məktəbi, mədəniyyət evləri, musiqi məktəbləri, səhiyyə müəssisələri, Müasir–İnnovasiyalar liseyi və digər qonaqlar iştirak edərək kitab satışı yarmarkası, kitab sərgisi və kitab mübadiləsindən yararlanıblar.
  Sabunçu Kitab Festivalında Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı” və “Bizim nağıl boxçamız” başlıqlı kitab sərgiləri nümayiş etdirib.
  Tədbirdə respublikanın bir sıra tanınmış nəşriyyatları - “Parlaq imzalar”, “İpəkyolu”, “Xan”, “Hədəf” nəşrlər evi, “Üçbucaq” kitab evi, “Çinar yayımları”, “Azərkitab” nəşriyyat mərkəzi və digərləri Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin satış-yarmarkasını təşkil ediblər.
  Sabunçu Kitab Festivalında çərçivəsində Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iştirakçılara Azərbaycan, ingilis və rus dillərində kitablar hədiyyə olunub.
 
Keçidlər