Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ağ ölüm bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir

22 may 2018 | 20:00
  23 may 2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsi 311 nömrəli tam orta məktəbin akt zalında “Ağ ölüm  bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun baş referenti  Raqif Allahverdiyev,  Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, valideynlər, şagird və müəllimlər iştirak edirdilər.
  İlk olaraq tədbir narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxın təqdimatı ilə başlandı.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən bəhs etdi.
  Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun baş referenti  Raqif Allahverdiyev çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə geniş danışdılar və gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər.
  Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
 
Keçidlər