Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində Sabunçu rayon gəncləri ilə görüş keçirildi

05 iyun 2018 | 20:00
   06 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində Sabunçu qəsəbəsində yerləşən 148 saylı tam orta ümumtəhsil məktəbində Sabunçu rayon gəncləri ilə görüş keçirildi.
  Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri Elçin Əzimov və Şaban Cabbarov və 148 saylı tam orta ümumtəhsil məktəbinin müəllim və şagird heyəti iştirak edirdilər.
   Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyinin qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək bildirdilər ki, layihənin əsas məqsədi ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, yeniyetmə və gənclərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdan ibarətdir.
   Daha sonra çıxış edən Milli Qəhrəmanlar və Aprel döyüşlərinin iştirakçıları keçdikləri döyüş yolu, Azərbaycan Ordusunun qüdrəti, ordudakı ruh yüksəkliyindən bəhs edərək əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarını xüsusi vurğuladılar.
   Tədbirin sonunda gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.
Keçidlər