Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “26 iyun-BMT-nin Narkotiklərlə mübarizə günü” ilə bağlı tədbir keçirildi

11 iyun 2018 | 20:00
    12 iyun 2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi “Gənclər Evi”ndə “26 iyun-BMT-nin Narkotiklərlə mübarizə günü” ilə əlaqədar geniş tədbir keçirildi.
     Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov,DTX-nin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov,rayon Polis İdarəsinin rəisininmüavini Şaiq Əliyev, Rayon Prokurorunun müavini Nazim Xudiyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikası Narkomanlığa vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun baş referentiRaqif Allahverdiyev, 1 saylı Respublika Psixiatriya xəstəxanasınınNarkologiya şöbəsinin müdiriVüqar Yusifov, rayonda fəaliyyət göstərən bir sıra QHT-nin rayon təşkilatlarının sədr və üzvləri, kollec, lisey, internat və tam orta ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynlər  iştirak edirdilər.
     İlk olaraq tədbir iştirakçıları narkomaniya ilə bağlı rayon məktəblilərininhazırladıqları rəsmlərindən ibarət sərgiyə baxış keçirdilər. Akt zalında davam edən tədbir  Dövlət himninin səsləndirilməsi ilə başladı. Narkomaniya, onun insan sağlamlığına təsir etdiyi fasadlarla bağlı video-çarx nümayiş etdirildikdən sonra çıxışlara başlanıldı
Giriş sözü ilə tədbiri Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov açaraq 26 iyun-BMT-nin Narkotoklərlə mübarizə günüolduğunu, bununla əlaqədar Azərbaycan Respublikasında görülən işlərdən, qəbil olunmuş Qanunlardan, Sərəncamlardan, Dövlət Komissiyasının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, ölkəmiziin hələ ulu öndərin sağlığında bir sıra beynəlxalq Konvensiyalara qoşuımasından, ölkə rəhbəri cənab İlham Əliyev cənabların bu istiqamətində həyata keçirdiyi islahatlardan danışdı. G.Məmmədov çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə geniş  məlumat verdi.Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün  ölkədə həyata keçirilən islahatlardan söz açdı.
   Rayon Polis İdarəsinin rəisinin müavini Şaiq Əliyev,  Rayon Prokurorunun müavini Nazim Xudiyev, DTX-nin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Azərbaycan Respublikası Narkomanlığa vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun baş referentiRaqif Allahverdiyev və 1 saylı Respublika Pisixotiriya xəstəxanasınınNarkologiya şöbəsinin müdürüVüqar Yusifovçıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətləri barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
Keçidlər