Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycanın görkəmli səhnə ustası, aktyor, dramaturq, Xalq Artisti Hacıağa Abbasovun xatirəsi yad edildi

11 iyun 2018 | 20:00
   12 iyun 2018-ci il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli səhnə ustası, aktyor, dramaturq, Xalq Artisti Hacıağa Abbasovun 130 illik yubileyinə həsr olunan tədbir keçirildi.
   Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Əməkdar Artist Əli Nur, Hacıağa Abbasovun nəvəsi Elşanə Kərimbəyova görkəmli sənətkarın həyat və yaradıcılığından danışaraq onunla bağlı xatirələrini bölüşdülər.
Mədəniyyət mərkəzinin direktoru Tofiq Dadaşov H.Abbasovun sənətkarlıq xüsusiyyətlərindən söhbət açaraq bildirib ki, Hacıağa Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar qalereyası yaradıb. Onun “Hacı Qara”da Hacı Qara, “Yağışdan çıxdıq, yağmura düşdük”də Hacı Qəmbər, “Nadir şah”da Mirzə Mehdi xan, “Dəmirçi Gavə”də Qubad və digər rolları dövrün tamaşaçılarının qəlbində dərin iz buraxıb.
   Daha sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olundu.
“İstedad” xalq çalğı alətləri ansamblının üzvü Mircəlal Babayevin, dahi aktyorun adını daşıyan Mədəniyyət Mərkəzinin “İncəsənət” rəqs ansamblının çıxışları da maraqla qarşılandı.
Keçidlər