Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon könüllüləri “15 iyun – Milli qurtuluş günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində

12 iyun 2018 | 20:00
   13.06.2018-ci il tarixdə “15 iyun – Milli qurtuluş günü” ilə əlaqədar olaraq Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Sabunçu rayon könüllülərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova,  Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədovanın iştirakı ilə təşkil olunan ekskursiyada Sabunçu rayon könüllüləri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Heydər Əliyev muzeyi”, “Azərbaycan inciləri” və “Mini Azərbaycan” muzeyləri ilə tanış oldular.
   Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Sabunçu rayon könüllüləri üç mərtəbədən ibarət muzeydə Ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla tanış olaraq, Ulu Öndərin keçdiyi şərəfli həyat yolu barədə zəngin məlumatlar əldə etdilər.
   “Azərbaycan inciləri” və “Mini Azərbaycan” muzeylərində nümayiş olunan, öz qədimiliyi və zəngin tarixi ilə seçilən eksponatlar da könüllülərdə xüsusi maraq yaratdı.
Sabunçu rayon könüllüləri Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrıldılar.
Keçidlər