Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbiri keçirildi

13 iyun 2018 | 20:00
   14.06.2018-ci il tarixində Sabunçu rayonunun bütün ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirilib.  Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng"  tədbirində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova iştirak etmişdir.
  Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əfqan Həsənov tədris müəssisəsinin nailiyyətlərindən bəhs edərək məzunlara uğurlar dilədi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova məzunlara yeni həyat yollarında uğurlar diləyərək, onlara müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etdi. R.Fərəcova  ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğının onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O, dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən Azərbaycan təhsilində yeni, məsuliyyətli bir dövr başlandığını, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxlu sayda yeni məktəblərin tikintisi, köhnə məktəblər və uşaq bağçalarının əsaslı təmir edilməsindən söz açaraq, 2017-ci ilin sentyabr ayında əsaslı təmirdən sonra istifadəyə verilən 74 nömrəli tam orta ümumtəhsil məktəbinin də müasir standartlara cavab verdiyini bildirdi. 
Tədbir  məktəbin şagirdləri tərəfindən hazırlanmış  maraqlı və rəngarəng çıxışlardan ibarət bədii hissə ilə davam etdirildi.
  "Son zəng" Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tərəfindən təhsildə nailiyyətləri ilə fərqlənən məzunların diplomlarla təltif olunması ilə başa çatdı.
Keçidlər