Şriftin ölçüsü :

Saytın rəngi :

“Özünlə başla!” adlı Sabunçu Yay Məktəbi uğurla sona çatdı

26 iyun 2018 | 20:00
  Sabunçu Gənclər Evi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə 21-27 iyun tarixlərində həyata keçirilən “Özünlə başla!” layihəsi uğurla sona çatdı. 27.06.2018-ci il tarixdə Sabunçu Gənclər Evində rəsmi qonaqlar və valideynlərin də iştirak etdiyi bağlanış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova qonaqları və iştirakçıları salamlayaraq 1 həftə ərzində davam edən layihənin uğurlu fəaliyyəti haqqında geniş məlumat verdi. Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova məktəbdənkənar layihələrin Sabunçu gənclərinin inkişafına töhvə olduğunu qeyd edərək iştirakçılara uğurlar arzıladı.
  Sabunçu Gənclər Evi tərəfindən dəvət edilmiş peşəkar təlimçilər - Anar Məmmədov,  Müqalib Mahmudov, Nabil Seyidov, Nəzakət İsayeva, Elmar Məlikov tərəfindən həftə boyunca davam edən yay məktəbində  gənclərə ixtisas seçiminin əhəmiyyəti, sosial hüquqlar, sağlam qidalanma və gigiyena, ətraf mühitin mühafizəsi, təkrar emal haqqında təlimlər keçirildi. Təlimlərlə yanaşı iştirakçılar arasında faydalı, intellektual və əyləncəli oyunlar, təqdimatlar və qrup işləri təşkil olundu. Həmçinin, yay məktəbi boyunca gənclər müxtəlif muzeylərə ekskursiyalara gedərək asudə vaxtlarını yüksək dəyərləndirdilər.
   Sonda layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırıldı.
Keçidlər