Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana bələdiyyəsinin sədri İntizar Rzayeva Türk Dünyası Bələdiyyələr Birliyinin təşkilatçılığı ilə keçirilən bilik və təcrübə mübadiləsi proqramında uğurla iştirak etmişdir

30 iyul 2018 | 20:00
Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) təşkilatçılığı və Azərbaycan qadın bələdiyyə üzvlərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin iştirakı ilə 22-28 iyul tarixlərində Türkiyədə keçirilən bilik və təcrübə mübadiləsi proqramında Ramana bələdiyyəsinin sədri İntizar Rzayeva uğurla iştirak etmişdir.
Bir həftəlik səfər proqramı çərçivəsində nümayəndə heyəti Başakşehir, Kocaeli, Beylikdüzü, Zeytinburnu bələdiyyələrinin fəaliyyəti ilə yaxından tanış olaraq faydalı fikir mübadiləsi aparmışlar.Səfər Zeytinburnu bələdiyyəsində proqram iştirakçılarına sertifikatların təqdim edilməsi ilə başa çatmışdır.Azərbaycan qadın bələdiyyə üzvlərindən ibarət 12 nəfərlik nümayəndə heyətisəfərdən xoş təəssüratlarla geri dönmüşlər.
Keçidlər