Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “12 avqust – “Beynəlxalq Gənclər Günü” ilə bağlı aksiya keçirildi

09 avqust 2018 | 20:00
  10.08.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “12 avqust – “Beynəlxalq Gənclər Günü”  münasibətilə aksiya keçirildi. “Biz birliyin rəmziyik” devizli Sabunçu könüllüləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və onların əməkdaşları, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər Evinin gənc üzvləri, həmçinin, rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin tibb işçilərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində gənclər rayonun 10 qəsəbəsində yaşayan tənha, diqqət və qayğıya ehtiyacı olan yaşlı insanların evlərinə gedərək onların səhhəti, ailə və məişət problemləri ilə maraqlandılar, onlara qayğı göstərərək mənəvi dəstək oldular.
  Aksiyada iştirak edən Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev bildirdilər ki, bugün müstəqil Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən biri də öz milli köklərimizə dayanaraq yaşlı insanlara daim hörmət və qayğı çərçivəsində münasibət bəsləmək, onların qazandıqları dəyərli həyat təcrübəsinə sığınmaq və örnək götürməkdir. Qeyd olundu ki, artıq rayonda ənənə halını alan bu kimi aksiyaların növbəti illərdə də davam edəcəyi nəzərdə tutulmuşdur.
 
Keçidlər