Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Qurban bayramı” münasibətilə tədbir keçirildi

19 avqust 2018 | 20:00
  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi və Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin birgə təşkilatçılığı ilə 20.08.2018-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbində Qurban bayramı münasibətilə tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzinin direktoru Tofiq Dadaşov və 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva iştirak edirdilər. Çıxış edən R.Fərəcova dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunan bu bayramın Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə də dövlət səviyyəsində qeyd edildiyini bildirdi.
  Tədbir H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzinin rəqs ansamblı və musiqiçilərinin ifasında şən mahnılar və rəqslərlə davam etdirildi. Əyləncəli klounlar və müxtəlif nağıl qəhrəmanlarının çıxışları şənliyə daha da rəng qatdı.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.
 
Keçidlər