Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirildi

20 sentyabr 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 21.09.2018-ci il tarixdə Bakıxanov qəsəbəsi Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
  Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər