Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi

03 oktyabr 2018 | 20:00
  04.10.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin akt zalında  “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi.
  Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Millət vəkili  Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən tam orta məktəb, internat məktəbləri, lisey və kolleclərin müəllim-rəhbər heyəti və Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək bildirdi ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü  ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Ölkəmizdə isə bu bayram 1993-cü ildən etibarən qeyd olunmağa başlamışdır. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
  Daha sonra çıxış edən Millət vəkili Dilarə Cəbrayılova vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident cənab İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.
  Digər  çıxış edənlər də məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını qeyd edərək,  xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu bildirdilər.
  Daha sonra Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllülərinin “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə hazırladıqları videoçarx nümayiş olundu.
  Sonda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə rayonun ən qocaman müəllimləri Fəxri Fərman və hədiyyələrlə təltif olundular.
 
Keçidlər