Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində silsilə tədbirlər keçirildi

10 oktyabr 2018 | 20:00
  11.10.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam  orta məktəbdə “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə  həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
  Tədbirdə  Sabunçu Rayon İcra  Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Millət vəkili Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri  Mehriban Abasquliyeva və Bakı səhər Gənclər və İdman Baş İdarəsinin  İdman şöbəsinin məsul əməkdaşı Salman  Əbdulov iştirak edirdilər.
  Sabunçu Rayon İcra  Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışında təbdir iştirakçılarını “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Rəna Fərəcova Azərbaycanda gənclər siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğunu və gənclərimizin də bu imkanlardan yararlandığını vurğuladı.
  Daha sonra çıxış edən Millət vəkili Dilarə Cəbrayılova və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri  Mehriban Abasquliyeva dövlət tərəfindən gənlərə  göstərilən diqqət və qayğıdan və bu istiqamətdə aparılan işlərdən söz açaraq, bu kimi tədbirlərin gənclərin bir fərd kimi yetişməsində mühüm rol oynadığını qeyd etdilər.
  20  mini – futbol komandası , 8 stet-bol komandası, 15 breyn-rinq komandası və 45 məktəblinin rəsm müsabiqəsində iştirakı ilə 09.10.2018-ci il tarixdə başlanılan yarışlar 11.10.2018-ci il tarixdə final mərhələsi ilə yekunlaşdı. Tədbirin sonunda mini-futbol yarışlarında 3- cü yeri qazanmış  307 saylı məktəbin komandası, 2-ci yeri qazanmış 67 saylı məktəbin komandası, 1-ci  yeri qazanmış 80 saylı məktəbin komandası, strit-bol yarışı üzrə 3-cü yeri qazanmış 107 saylı məktəbin komandası, 2-ci yeri qazanmış 72 saylı məktəbin komandası, 1-ci  yeri qazanmış 169 saylı məktəbin komandası, rəsm müsabiqəsində 3-cü yerə layiq görülmüş Hüseynova Sevil-209 saylı məktəb,
  2-ci yerə layiq görülmüş-Gözəlova Aybəniz-155 saylı məktəb, 1-ci yerə layiq      görülmüş –Orucəliyeva Ruqiyyə-187 saylı məktəb və breyn-rinq yarışında 3-cü yeri qazanmış 170 saylı məktəbin komandası, 2-ci yeri qazanmış Sabunçu könüllüləri komandası və 1-ci  yeri qazanmış 310  saylı məktəbin komandası Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olundular.
  Sonda xatirə şəkli çəkildi.
 
Keçidlər