Şriftin ölçüsü :

Saytın rəngi :

“Uğurunuz uğurumuzdur!”

11 oktyabr 2018 | 20:00
  05.10.2018-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibətilə keçirilən tədbirdə təhsil işçiləri təltif edilib.
  Təltif olunanlar arasında Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən  22 nömrəli tam orta məktəbin direktoru Ələkbərov Azər Adil oğlu, Bakıxanov qəsəbəsində yerləşən 72 nömrəli tam orta məktəb-liseyin direktoru Abbasova Fərqanə Tapdıq qızı və direktor müavini Bəhramova Günel Namiq qızı, Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbin direktor müavini Muradova Məleykə Hökmüran qızı, Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin direktoru Mahmudov Sabir Mahmud oğlu və direktor müavini Mahmudova Əsmər Yaqub qızı, Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli tam orta məktəb-liseyin direktoru Eminova Xədicə Şükür qızı və direktor müavinləri Muradova Fazilə Paşa qızı, Əmiraslanova Rəna Allahverdi qızı və Hacıyeva Afaq Şirzad qızı, Bakıxanov qəsəbəsində yerləşən 309 nömrəli tam orta məktəbin direktor müavini Kərimova Esmira Adil qızı, Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin direktoru Muradova Esmira İnqilab qızı və direktor müavini Tahirova Mehbarə Əhməd qızı da vardır.
  Sabunçu rayon İcra Hakimiyyəti adından hər birini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
 
Keçidlər