Şriftin ölçüsü :

Saytın rəngi :

“Uğurunuz uğurumuzdur!”

29 oktyabr 2018 | 20:00
 
  21-28 oktyabr 2018-ci il tarixlərində Paralimpia idman növünə aid olan Boccia idman növü üzrə İtaliyada Açıq Regional turnir keçirilmişdir. Həmin turnirdə ölkəmizi Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində fəaliyyət göstərən Boccia milli komandamız təmsil etmişdir.
  Fərdi yarışlarda idmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl medal, komanda yarışlarında isə idmançılarımız bürünc medal qazanmışdır.
  29.10.2018-ci il tarixdə Boccia idman növü üzrə Paralimpiya milli komandamızın baş məşqçisi, Boccia Federasiyasının Baş katibi İlham Məhərrəmov idmançılarımız  ilə vətənə qayıtmışdır. Milli Paralimpiya Komitəsinin Baş katibinin müavini Mürsəl İslamov və Boccia idmançıları onları Heydər Əliyev adına Beynəlxalq hava limanında qarşılamışlar.
 
Keçidlər