Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon gəncləri “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısında iştirak etdilər

29 oktyabr 2018 | 20:00
  29.10.2018-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısı keçirilmişdir.
  Dövlət himninin səsləndirilməsi və  ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan  tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, Bakı şəhər rayon icra hakimiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət və tələbə gənclər təşkilatlarının nümayəndələri, Bakı şəhərinin rayon gənclər və idman idarələrinin əməkdaşları və idmançılar ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin  könüllüləri də iştirak edirdilər.
  Açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rəna Abdullayeva çıxış edərək əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan danışıblar. Bildirilib ki, bu gün Azərbaycanda gənclərə bütün şərait yaradılıb. Onların qarşılarında artıq yeni hədəflər var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Vurğulanıb ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Gənclər Forumu ötən illər ərzində böyük təcrübə toplayıb, ildən-ilə daha da təkmilləşərək bütün gəncləri əhatə etməyə nail olub.
  Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
  Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nümayəndə seçilib.
 
Keçidlər