Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın İntellektual Birincisi” layihəsində Bakı birinciliyinə layiq görülmüş komanda üzvləri ilə görüş keçirildi

04 noyabr 2018 | 20:00
 
05.11.2018-ci il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 27.10.2018-ci il tarixdə keçirilən “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində Bakı şəhəri üzrə keçirilən mərhələdə Sabunçu rayonunu təmsil edərək Bakı birinciliyinə layiq görülmüş komandanın üzvləri ilə görüşdü.
Görüşdə bildirildi ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan yarışda Sabunçu gəncləri uğurla iştirak edərək "Nə? Harada? Nə zaman?"oyununda ikinci, "Vətəni tanı" oyununda üçüncü , "Axtar tap" oyununda isə Bakı birinciliyinə layiq görülmüşlər.
Rəna Fərəcova qeyd etdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bugün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin inkişafı məsələsi ölkənin əsas prioritet istiqamətlərindən biridir. Bu layihənin ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi istiqamətində mühüm bir addım olduğunu vurğulayan R.Fərəcova final mərhələsində Sabunçu rayonunu təmsil edəcək komanda üzvlərinə uğurlar arzu etdi.
 
Keçidlər