Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” 10-cu tur aksiyasının təntənəli açılış mərasimi keçirildi

16 noyabr 2018 | 20:00
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyalar gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi və onların savadlı və vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm rol oynayır. Bu layihəyə əsasən 17.11.2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində “Ölkəmizi Tanıyaq” 10-cu tur-aksiya çərçivəsində Sabunçu rayon məktəblilərinin Gəncə, Göygöl və Şəmkir rayonlarına təntənəli yolasalma mərasimi keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı cənab Adil Vəliyev, Azərbaycan  Respublikası Milli Məclisinin deputatları Fazil Qəzənfəroğlu və Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Güloğlan Məmmədov və müavinlər  Rəna Fərəcova və Avtandil Hüseyn-zadə, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı aparatının şöbə müdirləri, qəsəbələr üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, müəllimlər, mədəniyyət və sosial xidmət müəssisələrinin rəhbərləri və valideynlər iştirak edirdilər.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev  tur-aksiyada iştirak hüququ qazanmış şagirdləri  təbrik etdi və onlara bu səfərdə müvəffəqiyyətlər  arzuladı.
Daha sonra çıxış edən Azərbaycan  Respublikası Milli Məclisinin deputatları Fazil Qəzənfəroğlu və Dilarə Cəbrayılova, Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın əhəmiyyətindən söz açdılar.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova ölkə başçısının tapşırıq və nəzarəti ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin təşkili məsələləri barədə ətraflı məlumat verdi.
  Rəsmi hissənin sonunda 9 və 10-cu tur-aksiya iştirakçıları olan məktəblilər öz təəssüratlarını bölüşərək layihənin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
  Tədbirin bədii hissəsində rayon mədəniyyət evlərinin musiqiçiləri tərəfindən Gəncə, Göygöl və Şəmkir rayonlarına həsr olunan mahnılardan ibarət popuri səsləndirildi. Rayonun istedadlı gənci Əli Adıgözəlovun möhtəşəm piano ifası və Maştağa Mədəniyyət Mərkəzinin “İncəsənət” rəqs qrupunun ifasında “İncilər” və “Qarabağ inciləri” rəqsləri tədbirə daha da rəng qatdı. Həmçinin, tədbirdə 9-cu tur aksiya iştirakçılarının xoş xatirələrini əks etdirən və 10-cu tur aksiya iştirakçılarının tanıtım video-çarxları nümayiş etdirildi. Sonda 10-cu tur aksiya iştirakçısının ifasında səsləndirilən “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.
 
Keçidlər