Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici 10-cu tur-aksiya iştirakçıları Gəncə - Göygöl – Şəmkir istiqamətində yola salındılar

17 noyabr 2018 | 20:00
  18.11.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Ölkəmizi tanıyaq” maarifləndirici 10-cu tur-aksiya iştirakçılarının müəyyən olunmuş qrafik üzrə yolasalma mərasimi keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, “Ölkəmizi tanıyaq” maarifləndirici 10-cu tur-aksiya iştirakçıları və valideynləri iştirak edirdilər.
  Çıxış edən Rəna Fərəcova tur-aksiyada iştirak hüququ qazanmış məktəbliləri təbrik edərək onlara bu səfərdə müvəffəqiyyətlər  arzuladı.
  Daha sonra çıxış edən valideynlər və məktəblilər “Ölkəmizi tanıyaq” layihəsinin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
  Sonda 10-cu tur-aksiya iştirakçıları xüsusi ayrılmış avtobusla Gəncə - Göygöl – Şəmkir istiqamətində yola düşdülər.
 
Keçidlər