Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Zabrat qəsəbəsində 2018-ci ilin oktyabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat

25 noyabr 2018 | 20:00
 
  2018-ci ilin oktyabr ayı ərzində Zabrat qəsəbə nümayəndəliyi və Zabrat Bələdiyyəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar Zabrat və Maştağa qəsəbələrinin məhəllədaxili  ərazilərinin bir hissəsinin  su basmadan qarşısını almaq məqsədilə Mehti Hüseynzadə küçəsi Zabrat-Maştağa körpüsünün altı dəmir yolu xətti boyunca mövcud 800 metr uzunluğunda kanalın  Maştağa qəsəbə nümayəndəliyi ilə birgə xüsusi texnika vasitəsilə içərisi təmizlənərək dərinləşdirilmişdir. Bununla da mövcud göllərin suyunun axıdılması təmin edilərək qış mövsümündə  Mehti Hüseynzadə küçəsi, Zabrat-Maştağa və Zabrat-Kürdəxanı yolları boyunca yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrinin su basmadan qarşısının alınması məqsədilə qabaqlayıcı  tədbirlər görülmüşdür.
  Həmçinin, Həsən Seyidbəyli küçəsində yerləşən süni gölə gələn kanallar xüsusi texnika vasitəsilə 230 metr uzunluğunda  qazılmışdır. Göldə toplanan suyun kənarlaşdırılması üçün iri həcmli mator qurğusu quraşdırılaraq 200 mm diametrli borular vasitəsilə 80 metr məsafədə yerləşən mərkəzi xəttə axıdılaraq gölün səviyyəsi 1 metr aşağı salınmışdır.
  Zabrat qəsəbəsi Babək küçəsi ev 26 ünvanında yaşayan vətəndaşa məxsus fərdi yaşayış evinin qəzalı olması ilə bağlı müraciəti nəzərə alınaraq, ona 1500 ədəd mişar daşı və 1 ton həcmində sementlə köməklik göstərilmişdir.
 
Keçidlər