Şriftin ölçüsü :

Saytın rəngi :

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnir davam edir

18 dekabr 2018 | 20:00
  18.12.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və  Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi  74 saylı tam orta məktəbin mini-futbol meydançasında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnirə başlanılmışdır.
  Turnirdə rayonun  38 məktəbi üzrə 149 müəllimdən ibarət 16  komandanın iştirakı nəzərdə tutulmuşdur. 18.12.2018-ci il tarixdə turnirin 1/16, 19.12.2018-ci il tarixdə isə 1/8 mərhələləri keçirilmişdir.
İki gün maraqlı və gərgin idman mübarizəsi şəraitində keçirilən mərhələ yarışlarının sonunda  Maştağa qəsəbəsi 187 və 22  saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda, Ramana qəsəbəsi 137, 296 və Zabrat qəsəbəsi 71 saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda,  Maştağa qəsəbəsi 293 və Nardaran qəsəbəsi 295 saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda, Sabunçu qəsəbəsi 311, 215, Ramana qəsəbəsi 90, 198 və Bakıxanov qəsəbəsi  213  saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda 1/4 mərhələsinə vəsiqə qazanmışlar.
  “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə keçirilən turnirin yarımfinal və final mərhələləri 26.12.2018-ci il tarixdə keçiriləcəkdir.
 
Keçidlər