Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin təqdimat mərasimi keçirilmişdir

23 dekabr 2018 | 20:00
 
  24.12.2018-ci il tarixdə Bakıxanov qəsəbəsi 310 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin təqdimat mərasimi keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Böyükağa Əhmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) aparatının şöbə müdiri Faiq Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Sabunçu Rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev və rayonun tam orta məktəblərinin direktorları iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir.  Gender zorakılığı nə coğrafi sərhəd, nə yaş həddi tanıyır və heç bir dini və ya etnik qrup bu problemdən sığortalanmayıb.
  R.Fərəcova qeyd etdi ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlərindəndir. R.Fərəcova vurğuladı ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Lakin gənc nəsil arasında gender bərabərliyi təfəkkürünün zəif olması günümüzün reallığıdır. Bu isə öz növbəsində cəmiyyətimizin inkişafına mane olur. Buna görə də  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun təşəbbüsü ilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı keçiriləcək bu layihə müvafiq qurumlar tərəfindən də müsbət qarşılanmışdır.
  Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Böyükağa Əhmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) aparatının şöbə müdiri Faiq Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə və Sabunçu Rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev çıxış edərək insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı dövlətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə  qadın hüquqlarının təminatı uğrunda hərəkatın genişlənməsi və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açdılar.
Sonda rayonun tam orta məktəblərinin direktorlarının mövzu ətrafında sual və təklifləri dinlənildi.
 
Keçidlər