Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

24 dekabr 2018 | 20:00
 
  25.12.2018-ci il tarixdə Ramana qəsəbəsi 78 saylı tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi, Ramana Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər.
  Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
 
Keçidlər