Şriftin ölçüsü :

Saytın rəngi :

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnir başa çatdı

25 dekabr 2018 | 20:00
  18.12.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və  Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi  74 saylı tam orta məktəbin mini-futbol meydançasında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnirə başlanılmışdır.
  Turnirdə rayonun  38 məktəbi üzrə 149 müəllimdən ibarət 16  komandanın iştirakı nəzərdə tutulmuşdur. 18.12.2018-ci il tarixdə turnirin 1/16, 19.12.2018-ci il tarixdə isə 1/8 mərhələləri keçirilmişdir.
  İki gün maraqlı və gərgin idman mübarizəsi şəraitində keçirilən mərhələ yarışlarının sonunda  Maştağa qəsəbəsi 187 və 22  saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda, Ramana qəsəbəsi 137, 296 və Zabrat qəsəbəsi 71 saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda,  Maştağa qəsəbəsi 293 və Nardaran qəsəbəsi 295 saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda, Sabunçu qəsəbəsi 311, 215, Ramana qəsəbəsi 90, 198 və Bakıxanov qəsəbəsi  213  saylı tam orta  məktəblərin müəllimlərindən ibarət komanda 1/4 mərhələsinə vəsiqə qazanmışlar.
  26.12.2018-ci il tarixdə isə kişilərdən ibarət 16 və qadınlardan ibarət 2 komandanın iştirakı ilə mini-futbol üzrə turnirin yarımfinal və final mərhələləri keçirilmişdir. Yarışı izləyənlər arasında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova da olmuşdur.
  Yarışlardan sonra Maştağa Mədəniyyət Mərkəzinin “İncəsənət” rəqs qrupunun iştirakı ilə bədii hissə təşkil olunmuşdur. Turnirin mükafatlandırma mərasimində çıxış edən Rəna Fərəcova qeyd etmişdir ki, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə keçirilən mini-futbol üzrə turnirin özəlliyi burada məhz Sabunçu rayon təhsil müəssisələrinin müəllimlərinin böyük həvəs və sevinclə iştirak etməsi və gənc nəslin idmana marağının artırılmasında öz şagirdlərinə gözəl nümunə olmasıdır. Gələcəkdə də bu kimi tədbirlərin keçiriləcəyini vurğulayan R.Fərəcova turnirin qaliblərini təbrik etmişdir.
  Turnirin qalibləri kişilər arasında I yer 187 saylı tam orta məktəb, II yer 311 saylı tam orta məktəb, III yer 137 saylı tam orta məktəb, qadınlar arasında isə I yer 309 saylı tam orta məktəb və II yer 67 saylı tam orta məktəbin komandaları olmuşdur.
Qaliblər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.
 
Keçidlər