Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” qeyd edildi

27 dekabr 2018 | 20:00
   28.12.2018-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə geniş tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova və Avtandil Hüseyn-zadə, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət, istehsalat və xidmət müəssisələrinin direktorları, bir sıra QHT-nin rayon təşkilatlarının sədrləri, rayonda fəaliyyət göstərən dini icma sədrləri və Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri iştirak edirdilər.
   13.12.2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuş Sabunçu Gənclər Mərkəzində keçirilən ilk tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev açaraq qeyd etdi ki, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan millətinin ümumdünya birlik günüdür və bu günün təntənə ilə qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə  çevrilib. “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”  dünyanın bir  çox ölkələrində azərbaycanlılar tərəfindən qürurla  qeyd olunur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunub. A.Vəliyev vurğuladı ki, möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik və inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin istər ictimai-siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə həyata keçirdiyi islahatların xalqımız, dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini, hər bir islahatın azərbaycançılığa, dövlətimizin möhkəmlənməsi və inkişafına yönəldiyini qeyd etdi.
   Gənclər Mərkəzinin açılışından söz açan A.Vəliyev bu mərkəzdə görülən işlərin ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
   Çıxışının sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev  bayram münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi.
  Daha sonra çıxış edən Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, “Neftqazmaş” MMC-nin direktoru Vahid Hacıyev, 28 saylı tam orta məktəbin direktoru Qənirə Əmircanova və 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov Ulu öndər və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyası, Azərbaycan dövlətinin möhkəmlənməsi və xalqımızın firəvan, xoşbəxt yaşaması üçün gördükləri işlər və həyata keçirdikləri layihələrdən söz açdılar.
   Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.
 
 
 
 
 
 
 
 
 
Keçidlər