Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2018-ci ilin dekabr ayı ərzində aparılan abadlıq – quruculuq işləri haqqında məlumat

10 yanvar 2019 | 20:00
   Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2018-ci ilin dekabr ayı ərzində qəsəbənin Ramiz Qəmbərov 24, 26, 32 və Sülh küçəsi 1, 3, 5 ünvanlarında abadlıq-quruculuq işləri aparılmışdır.
   Sabunçu  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 100 binanın girişində təmir işləri aparılmış, magistral küçələrdə 489 kürəbənd təmizlənmiş, 248 p/m səki daşları təmir olunmuş, 43 liftin maşın şöbəsi və lift çalaları kənar əşyalardan təmizlənmiş, 11 binanın zirzəmisində sanitar-təmizlik və dezinfeksiya işləri aparılmış və 178 mənzilin tüstü və hava kanalları təmizlənmişdir. Girişlərində təmir aparılan yaşayış binalarının həyətyanı sahələri abadlaşdırılmış,  yeni nümunəvi həyətlərin salınması  işləri davam etdirilmiş və uşaqların istirahəti üçün müxtəlif növ əyləncə qurğuları quraşdırılmışdır.
Keçidlər