Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar” faciəsində şəhid olanların ruhları ehtiramla yad edildi

18 yanvar 2019 | 20:00
   19.01.2019-cu il tarixdə “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyətibaşçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, millət vəkilləri Dilarə Cəbrayılova və Eldar Quliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, “20 Yanvar” Cəmiyyətinin sədri Rövşən Abbasov, “20 Yanvar” şəhidlərinin ailə üzvləri, rayonda fəaliyyət göstərən bəzi QHT nümayəndələri, rayonda yerləşən təhsil, səhiyyə və digər müəssisələrin rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edildi və müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları ehtiramla yad edildi.
Keçidlər