Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon tam orta məktəbləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda müsabiqəyə başlanıldı

10 fevral 2019 | 20:00
11.02.2019-cu il tarixdə Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbin akt zalında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda orta məktəb şagirdləri arasında keçiriləcək referat müsabiqəsi ilə bağlı iclas keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları iştirak edirdilər. 
İclası giriş sözü ilə açan Rəna Fərəcova çıxış edərək bildirdi ki, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək müsabiqənin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır. Müsabiqənin şərtləri barədə geniş məlumat verən R.Fərəcova bildirdi ki, şagirdlər təyin olunmuş müddət ərzində seçilmiş mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə edə bilərlər. Qeyd olundu ki, xüsusi Komissiya tərəfindən təhlil olunaraq seçiləcək referatlar rayon üzrə keçiriləcək geniş elmi-praktik konfransda şagirdlər tərəfindən təqdim olunacaq.
Daha sonra rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları müsabiqənin şagirdlər arasında böyük marağa səbəb olacağını vurğulayaraq əlavə fikir və təkliflərini irəli sürdülər.
Keçidlər