Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində stolüstü tennis turniri keçirilmişdir

19 fevral 2019 | 20:00
Sabunçu rayonunda “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində rayonun bütün qəsəbələrində ümumilikdə 15 idman növü üzrə yarışlara başlanılmışdır.
Aylıq çərçivəsində 20 fevral 2019-cu il tarixdə Kaspi liseyinin Bakıxanov filialında stolüstü tennis turniri keçirilmişdir.
Yarışın açılış mərasimində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və idman idarəsinin rəisi Rakif Əliyev,Kaspi liseyinin Bakıxanov filialının direktoru Məhəmməd Nağıyev, məktəblilər və müəllimlər iştirak edirdilər.
Tədbiri açıq elanedən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova ölkə rəhbəri cənab İlham Əliyevin gənclər siyasəti, gənclərə yaradılan imkanlar və ölkəmizdə idmanın inkişafından söz açdı, beynəlxalq yarışlarda idmançılarımızın əldə etdiyi uğurlar və qazandıqları qələbələrdən danışdı. İdmançıları təbrik edən R.Fərəcova yarış iştirakçılarına uğurlar arzuladı.
Keçirilən tennis turnirində Kaspi liseyi1-ci,Bakıxanov qəsəbəsi 169 nömrəli tam orta məktəb2-ci,Bakıxanov qəsəbəsi 72 saylı tam orta məktəb-lisey isə 3-cü yerə layiq görülmüşdür.
Qeyd edək ki, “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində keçirilən yarışların mükafatlandırma mərasimi 04.03.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində keçiriləcəkdir.
Keçidlər