Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi yeddinci il dönümü ilə əlaqədar ehsan süfrəsi açıldı

22 fevral 2019 | 20:00
  23.02.2019-cu il tarixdə  Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Pirşağı qəsəbəsində fəaliyyət göstərən “Miracle” restoranında faciə qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açıldı.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu Rayon Təşkilatının sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon üzrə sektorunun müdiri, Pirşağı qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalılar, şəhid ailələri, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, Pirşağı Mədəniyyət evi və Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbin direktor, müəllim və şagird heyəti iştirak edirdilər.
  İlk olaraq Xocalı soyqırımında amansızlıqla qətlə yetirilənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir 112 nömrəli tam orta məktəbin şagird heyəti tərəfindən Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri əsasında hazırlanmış səhnəcik və bu mövzuda olan şeirlərin səsləndirilməsi ilə davam etdirildi.
  Bədii hissədən sonra çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirdi ki, öz miqyasına görə dünya tarixində iz buraxan Xocalı soyqırımını törətməkdə məqsəd Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin Xocalılar hətta amansız soyqırım günündə belə qəhrəmanlıq nümunəsinə çevrilərək erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
 
Keçidlər