Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlamışdır

01 mart 2019 | 20:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkası Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72 saylı binanın qarşısındakı ərazidə təşkil olunmuşdur.
Sabunçu rayonunda təşkil edilən yarmarkadaDaşkəsən, Saatlı və Xızı rayonlarından olan fermerlər və ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ucuz qiymətlərə təklif etmişlər.
Yarmarkanın Novruz bayramı ərəfəsində rayon əhalisinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasında böyük rol oynadığı ilk günlərdən özünü göstərmişdir.
02.03.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev və müavin Avtandil Hüseyn-zadə təşkil olunmuş yarmarkada  iştirak edərək satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, onların fikirlərini dinləmişlər. Rayon sakinləri Novruz bayramı ərəfəsində bu cür yarmarkaların təşkilində göstərdiyi diqqət və qayğıya görə  ölkə rəhbərinə dərin təşəkkürlərini bildirərək yarmarkaya çıxarılmış kənd təsərrüfatı və emal müəssisələri məhsullarının çeşidləri,  keyfiyyəti və qiymətlərin ucuzluğu barədə razılıqlarını bildirmişlər.
Keçidlər