Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində qadınlar arasında mini-futbol turniri keçirilmişdir

28 fevral 2019 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti və  Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində rayonun bütün qəsəbələrində ümumilikdə 14 idman növü üzrə yarışlar davam edir.
Aylıq çərçivəsində 01.03.2019-cu il tarixdə Bakıxanov qəsəbəsi  74 saylı tam orta məktəbin mini-futbol meydançasında qadınlar arasında mini-futbol turniri keçirilmişdir.
Yarışı izləyənlər arasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyevdə olmuşdur.
Ölkə rəhbəri cənab İlham Əliyevin gənclər siyasəti, gənclərə yaradılan imkanlar və ölkəmizdə idmanın inkişafından söz açaraq beynəlxalq yarışlarda idmançılarımızın əldə etdiyi uğurlar və qazandıqları qələbələrdən danışan R.Fərəcova idmançılara uğurlar arzuladı.
Qadınlar arasında keçirilən mini-futbol turnirində Sabunçu qəsəbəsi 67 nömrəli tam orta məktəbin komandası birinci, Kaspi liseyinin komandası ikinci və Bakıxanov qəsəbəsi 96 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşlər.
Qeyd edək ki, “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində keçirilən yarışların mükafatlandırma mərasimi 04.03.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində keçiriləcəkdir.
Keçidlər