Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Gənclər Mərkəzində gender bərabərliyi mövzusunda “Susma!” tamaşası təqdim olundu

02 mart 2019 | 20:00
  03.03.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində ilk dəfə olaraq Sabunçu Gənclər Evinin “Focus” teatr klubunun Gender bərabərliyi mövzusunda hazırlanmış “Susma!” adlı ilk tamaşası təqdim olundu.
  Təqdimatda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Gənclər Təşkilatları Milli Şurası, “Cavan” İctimai Birliyi, “İrəli” İctimai Birliyi, “Asan” Könüllülər İctimai Birliyi,  AzərKitab - Kitab  Təbliğatı Mərkəzi, Suraxanı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi, Gənclər Evlərinin rəhbərləri və nümayəndələri, incəsənət işçiləri və aktiv gənclər iştirak edirdilər.
  Səhnə əsəri müxtəlif ölkələrin nümayəndələri olan qadınların məruz qaldıqları zorakılığı əks etdirən kölgə tamaşası və monoloqlarla tamaşaçılara təqdim edildi. Gənclərin ifasında peşəkarlıqla təqdim olunan tamaşa alqışlarla qarşılandı.
  Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi “Yuğ” Dövlət teatrının aktrisası və “Focus” teatr truppasının rəhbəri İlahə Məmmədzadədir.
 
Keçidlər