Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirildi

03 mart 2019 | 20:00
  04.03.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində təşkil olunan yarışların mükafatlandırma mərasimi keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, məktəblilər, yarışlarda iştirak edərək uğur qazanan idmançılar və valideynlər iştirak edirdilər.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək bildirdi ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində rayonun bütün qəsəbələrində ümumilikdə 14 idman növü üzrə yarışlar keçirilmişdir.
  Ölkə rəhbəri cənab İlham Əliyevin gənclər siyasəti, gənclərə yaradılan imkanlar və ölkəmizdə idmanın inkişafından söz açaraq beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları qələbələrdən danışan R.Fərəcova “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində keçirilən yarışlarda uğur qazanan idmançıları təbrik etdi.
  Daha sonra çıxış edən millət vəkili Dilarə Cəbrayılova və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan söz açaraq, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycan idmançılarının növbəti illərdə də daha böyük uğurlara imza atacağını vurğuladılar.
  Çıxışlardan sonra Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Bədən tərbiyəsi və İdman aylığı” çərçivəsində təşkil olunan yarışlarda uğur qazanan 251 idmançı mükafatlandırıldı. Şən startlar üzrə 155 saylı tam orta məktəbin komandası birinci yer, 68 saylı tam orta məktəbin komandası ikinci yer, 215 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Qızlar arasında voleybol üzrə 311 saylı tam orta məktəbin komandası birinci yer, 80 saylı tam orta məktəbin komandası ikinci yer, 252 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Oğlanlar arasında futbol üzrə 80 saylı tam orta məktəbin komandası birinci yer, 67 saylı tam orta məktəbin komandası ikinci yer, 311 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür.
  Qızlar arasında futbol üzrə 67 saylı tam orta məktəbin komandası birinci yer, Kaspi liseyinin komandası ikinci yer, 96 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Oğlanlar arasında street ball üzrə 169 saylı tam orta məktəbin komandası birinci yer, 310 saylı tam orta məktəbin komandası ikinci yer, Kaspi liseyinin komandası isə üçüncü yerə layiq görülmüşdür.  Atıcılıq üzrə 72 saylı tam orta məktəbin komandası birinci yer, 215 saylı tam orta məktəbin komandası ikinci yer, 74 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Qızlar arasında şahmat üzrə 72 saylı tam orta məktəbin komandası birinci yer, 169 saylı tam orta məktəbin komandası ikinci yer, 80 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Oğlanlar arasında şahmat üzrə 80 saylı tam orta məktəbin komandası birinci yer, 72 saylı tam orta məktəbin komandası ikinci yer, 169 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Stolüstü  tennis üzrə Kaspi liseyinin komandası birinci yer, 169 saylı tam orta məktəbin komandası ikinci yer, 72 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Cudo idman növü üzrə 12, alpaqut idman növü üzrə 9, güləş idman növü üzrə isə12 nəfər fərqli çəkilər üzrə uğur qazanaraq diplom və medallarla təltif olunmuşlar.
  Nərd üzrə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri birinci yerə layiq görülmüşlər. Dama üzrə 1 nömrəli tam orta internat məktəbinin komandası birinci yer, 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin komandası ikinci yer, 10 nömrəli sanatoriya tipli internat məktəbinin komandası isə üçüncü yerə layiq görülmüşdür. Boccia idman növü  üzrə  isə 6 nəfər uğur qazanaraq diplom və medallarla təltif olunmuşdur.
 
Keçidlər