Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Biz artıq 10 000 000-luq ölkəyik!” devizi ilə ağacəkmə aksiyası keçirilmişdir

06 aprel 2019 | 20:00
  07.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə rayonun Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev parkında “Biz artıq 10 000 000-luq ölkəyik” devizi ilə ağacəkmə aksiyası keçirilmişdir.
  Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və “Ölkəmizi tanıyaq” maarifləndirici XI tur-aksiya iştirakçıları olan məktəblilərin iştirakı ilə keçirilən aksiya çərçivəsində 100-dən çox ağac əkilmişdir.
 
Keçidlər